29 iyun 2020 12:32
475

COVID-19 əleyhinə peyvənd 2021-ci ilin martına hazır olacaq

İranın bəzi innovasiya müəssisələri COVID-19 əleyhinə peyvəndin hazırlanması üzərində işləyir və 2021-ci ilin martına qədər onlardan biri istehsal prosesinə başlayacaq. “İki sahil” xəbər verir ki, IRNA-nın məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin texnoloji inkişaf şöbəsinin müdiri Hüseyn Vətənpur deyib. Onun sözlərinə görə, o vaxta qədər ölkədə insan papillomavirusu (HPV) və H1N1 qripinə qarşı peyvəndlər də mövcud olacaq. “Peyvəndin inkişafında irəliləyişimiz xarici analoq məhsullarla rəqabət apara bilər”, - deyə o, sözlərini yekunlaşdırıb.