07 avqust 2019 13:39
104

Dağ kəndində tibb məntəqəsi

Motlayataq Astara rayonunun  ucqar dağ kəndidir.  Buranın coğrafi şəraiti  çətin olsa da təbiəti füsunkar, insanları saf ,  zəhmət sevərdirlər. Dağ kəndidə  hazırda 158 təsərrüfat olmaqla 3000 nəfər əhali yaşayır. Həm də buraya rahat yol çəkildiyi üçün  yay aylarında qonaq-qarası  çox olur.

Astaranın iqtisadi imkanları  genışdir. Odur ki, burada aparılan tikinti-quruculuq işlərinin hesabına onun  siması dəyişir, müasir görkəm alır. Rayonun  sosial infrastrukturuna xüsusi fikir verilir.   Bu baxımdan  Motlayataq kəndi də istisna  deyildir.  Artıq   camaat  yaşayış məntəqəsində  son illər istifadəyə verilmiş   sosial obyektlərin  nümunəvi  xidmətindən razılıq edir. Yeni istifadəyə verilmiş  tibb məntəqəsi də motlayataqlıların  böyük  sevincinə səbəb olmuşdur.

Rayon  mərkəzi xəstəxanasının  baş həkimi Əlövsət Əliyev deyir:- Ölkəmizdə bütün sahələr kimi, səhiyyə də yüksəliş yolundadır. Onun  maddi-texniki  bazasının  möhkəmlənməsi, yeni sağlamlıq  müəssisələrin açılması, ən müasir  tibb avadanlıqların  ölkəmizə gətirilməsi ölkə başçısının diqqət mərkəzindədir. Motlayataq kənd tibb məntəqəsi yararsız vəziyyətə düşdüyünə görə müasir tələbələrdən geri qalırdı.  Kənddə ucalan yeni tibb məntəqəsi  öz müasir görkəmi ilə seçilir, onun yaraşıqlı, işıqlı otaqlarında  insanların  sağlamlığını qorumaqdan ötrü hər cür  şərait yaradılıb. İndi  camaat uzağa getmədən öz doğa ocağında  tibbi müayinədən keçir, yaxşı müalicə  alır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü