06 sentyabr 2019 11:33
124

Dağlar diyarının qəhrəman oğlu

Valeh Əlizadə oğlu  Müslümov 1983-cü ildə Lerik qəsəbə 2 saylı məktəbinin 8-ci sinfini bitirdikdən sonra Sumqayıt şəhərindəki 17 saylı  peşə məktəbində dülgər ixtisasına yiyələnir.

Valeh Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində işə düzəlir. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında olur.

1991-ci ilin avqustunda isə DİN-in Xüsusi Təyinatlı  Milis Dəstəsinə yazılır. Əlinə silah alıb müharibənin ən qaynar nöqtələrinə gedir.  Qəhrəman kimi döyüşür.  Valeh Şuşa, Tovuz, Qubadlı uğrunda döyüşlərdə  xeyli erməni qulduru öldürür.

14 aprel 1992-ci il. Marquşevan kəndi  uğrunda şiddətli müharibə gedir. Göydən yağış kimi yağan  düşmən gülləsi Valehi qorxutmur. Düşmənə vurduğu sarsıdıcı zərbələr çiyin-çiyinə döyüşdüyü silahdaşlarını irəliyə aparır. Nəticədə   dığaların neçə-neçə texnikası sıradan çıxır, canlı qüvvəsi məhv edilir. Valeh həm vuruşur, həm də məqam tapıb yaralı əsgərləri müharibə meydanından çıxarır. Göstərdiyi hünər 10 nəfər igidə ikinci həyat verir. Özü yaralansa da, son nəfəsinədək döyüşərək gözlərini əbədi yumur.

Cəmi 24 il yaşayan Valehin adı Vətənin şanlı tarixinə yazıldı.  Azərbaycanın Milli  Qəhrəmanıdır. Lerik şəhər 2 saylı məktəb Valehin adını daşıyır.  51 yaşına yığışan Lerik camaatı öz  igid oğlundan böyük fəxrlə, qürurla  söz açdılar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü