04 fevral 2019 14:14
164

Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Ermənistan iqtisadiyyatı itirəcək

Özbəkistanın tnews.uz portalı “Berlin Economics” şirkətinin tədqiqatları əsasında rus dilində “Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Ermənistan iqtisadiyyatı nələri itirəcək” sərlövhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tam tənzimlənməsinin Ermənistana iqtisadi, sosial və digər sahələrdə gətirəcəyi faydalardan bəhs edilir. Qeyd olunur ki, münaqişə ilə əlaqədar Ermənistana sərmayə qoymaq istəyən şirkətlərin sayı çox azdır. Əgər münaqişə həll olunsa, Ermənistana investisiya qoyuluşu da artar. Həmçinin Ermənistanın Türkiyə ilə ticarət əlaqələri də qaydaya düşər.

Məqalədə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi barədə ətraflı məlumat verilir. Münaqişə nəticəsində ölənlər, yaralananlar, dağıdılan abidələr, muzeylər haqqında söhbət açılır.