03 dekabr 2019 11:23
219

Dağlıq Qarabağ münaqişəsi üçün hazırlanan məkrli ssenari

İllərdən bəridir ki, dünya siyasətinin aktual problemləri arasında mürəkkəbliyi ilə seçilən  Ermənistan -Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi “Böyük Ermənistan  dövləti yaratmaq” isterikasından yaranmışdır. XX əsrdə   1905, 1918-1920-ci illərdə  soydaşlarımıza qarşı  qətliamlar törədən ermənilər 1948- 1953-cü illərdə baş verən  deportasiyada  minlərlə azərbaycanlının doğma  torpağı olan Qərbi Azərbaycandan çıxardılar.   Ermənilər 1988-ci ildə Əsgəranda və Sumqayıtda  iğtişaşlar, 1992-ci ildə  Xocalı soyqırımı törətdilər. 

 Ermənilərin xalqımıza qarşı, müxtəlif aylarda  törətdikləri dəhşətlərin xronikası sadalananlarla kifayətlənmir. Azərbaycanın tarixi salnaməsinə qara səhifə kimi yazılan, qətliamlara şahidlik edən illərin, ayların hər birində  erməni daşnaklarının qanla yazılan izləri vardır. Azərbaycanlıların kütləvi mart soyqırımı (1918). Həmin hadisələrdə tək Bakıda 12 min azərbaycanlı erməni qətliamının qurbanı oldu. 20 Yanvar qırğını (1990) , fevralda Sumqayıt hadisəsi (1988), Qaradağlı, Malıbəyli, Xocalı qətliamı (1992). Oktyabrda Xocavəndin (1992) , apreldə Kəlbəcərin (1993), mayda Şuşanın, Laçının (1992), iyunda Ağdərənin (1993), iyulda Ağdamın (1993), avqustda Füzuli, Qubadlı və Cəbrayılın (1993), oktyabrda Zəngilanın (1993) ermənilər tərəfindən işğalı günləridir. Bu qırğınlarda qətlə yetirilən günahsız azərbaycanlıların qatili imperiyanın sadiq qulu, separatçı, təcavüzkar, qaniçən ermənilərdir.

27-29 fevral 1988-ci ildə ermənilərin Sumqayıtda törətdikləri hadisələr bu gənclik şəhəri və  burada bir ailənin üzvləri kimi yaşayan 80 mindən artıq insanın millətlərarası münasibətləri ilə bağlı olmayıb. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra erməni millətçiləri “miatsum” dedilər. Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana birləşdirmək haqqında xarici və sovet mətbuatında məsələ qaldırdılar. Bununla da, Dağlıq Qarabağda separatçı meyillərə “yaşıl işıq” yandırıldı. Ulu öndər Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş verdi.

Xarici ölkələrdə, Kremldə toplaşan ermənilər M. Qorbaçovun “yenidənqurma” adı altında apardığı siyasətdən istifadə edərək Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəklərini gerçəkləşdirmək üçün bütün vasitələrdən yararlandılar. Moskvanın razılığı ilə Qarabağ uğrunda ümummilli erməni hərəkatına güclü maddi, mənəvi dəstək göstərildi. SSRİ-nin dağıdılması üçün millətlərarası münasibətləri gərginləşdirmək planlarına Sumqayıtı hədəf seçməklə başlayan ermənilər onları dəstəkləyən xarici dövlətlər, ermənipərəst emissarlar vasitəsi ilə istəklərinə nail oldular. Müxtəlif millətlərdən olan insanların birgə yaşadığı dostluq şəhəri Sumqayıtda qibtə ediləcək ustalıqla hazırlanmış iğtişaşlar törədildi. 

 Beləcə, gizlində tüstülənən ocaq birdən alovlandı. Milliyyətcə erməni, hadisələr zamanı soydaşlarını qətlə yetirən, 3 dəfə məhkum olunan Eduard Qriqoryan adlı bir nəfərin təşkilatçılığı ilə Sumqayıt hadisələri baş verdi. Şahidlərin də bildirdiyi kimi ermənilərin öldürülməsində , evlərin talan edilib, yandırılmasında, millətlərarası münasibətlərin qızışdırılmasında fəallıq göstərən bu erməni hadisələrin əsas  iştirakçısı olsa da, məsuliyyətdən kənarda qaldı. Əksinə , baş verənlərin əsl mahiyyətini dərk etməyərək ümumi axına qoşulan Əhməd Əhmədov adlı gənc ermənilərin fitvası ilə törədilən hadisələrin iştirakçısı kimi mühakimə olunaraq, Moskvadan gəlmiş hakimlərin əlüstü keçirdikləri məhkəmənin hökmü ilə güllələnməyə məhkum edildi. Heç bir günahı olmayan Taleh İsmayılov 15 il azadlıqdan məhrum olundu. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı verilən işgəncələrə tab gətirməyərək intihar etdi. Əsl qatil E. Qriqoryan isə guya azadlıqdan məhrum edilərək Ermənistana təhvil verildi. Qısa müddətdən sonra isə azadlığa buraxıldı. Ümumiyyətlə, həmin hadisələrdə müxtəlif millətlərdən olan 32 adam həlak olmuş, 400 nəfər xəsarət almış, 200-dən artıq mənzil talan olunmuş, 50-yə qədər mədəni-məişət obyekti dağıdılmış, 40 maşın zədələnmişdir. Ermənilərin fitvası və əlləri ilə öldürülən 26 nəfər şovinist, terrorçu, separatçı “Krunq” və “Qarabağ” təşkilatlarına pul verməkdən imtina edən ermənilər idi.

20 Yanvarda olduğu kimi “qarşıdurmanı yatırmaq” adı ilə sovet əsgərlərinin hadisələrə müdaxilə etməsinin özü bir daha təsdiqləyir ki, Sumqayıtda baş verənlər düşünülmüş ssenari üzrə həyata keçirilən erməni təxribatı idi. Amma iqtidardakılar nəinki susdular, danışmaq istəyənlərə belə imkan verilmədi. Belə susqunluq və unutqanlıq Xocalı soyqırımı ilə nəticələndi.

 Sumqayıt hadisələrinin əvvəlcədən, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi siyasi oyununun tərkib hissəsi olduğunu tarixi faktlar sübut edir. Bu oyunda ilk, eyni zamanda, açıq gediş o zaman ermənipərəst M. Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi akademik A. Ağanbekyan tərəfindən edildi. 17 noyabr 1987-ci ildə Parisdə Erməni-Fransa İnstitutunun və Erməni Veteranları Assosiasiyası tərəfindən Qorbaçovun şərəfinə verilən ziyafətdə Ağanbekyan belə bir bəyanat verdi: “Mən istərdim ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ Ermənistanın olsun. O, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma və demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır.” (“Humanite” qəzeti, 18 noyabr, 1987-ci il)

 Hadisədən iki gün əvvəl Ermənistanın milli televiziyası ilə ermənilərə müraciət edən Silva Kaputikyan bildirirdi ki, Qarabağ tarixən Ermənistanın olub: “ Bizim əsas məqsədimiz hər iki torpağı birləşdirmək deyil, əsas məqsəd tarixən bizə vurulan yaranı sağaltmaqdır. Xalqımız böyük faciələrə düçar olub. Lakin xalqımız müdrik xalqdır. Biz öz müdrikliyimizi M. Qorbaçova köməklikdə göstərməliyik. Çünki yenidənqurmanın, demokratiyanın düşmənləri çoxdur, onlar bir cəbhədən çıxış edib, bizim planlarımızı poza bilərlər. Buna görə də hər bir yolla ona kömək etməli və tarixi torpaqlarımızı qaytarmalıyıq.”

 Erməni Qriqoryan kilsəsinin katalikosu Vazgen də çıxışlarında  separatçılığa çağırış meyillərini səsləndirirdi. Bu bəyanatlar erməni millətçiləri üçün məxfi işarə, parol oldu.

20 fevral 1988-ci ildə DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Beləliklə, XX əsrin əvvəllərində görkəmli Azərbaycan publisisti Ömər Faiq Nemanzadənin 1906-cı ildə “İrşad” qəzetində dərc olunmuş məqaləsindəki fikirlər Sumqayıt hadisələrinin timsalında əksini tapdı: “ Ermənilər necə olursa- olsun, özlərinin Ermənistan yaratmaq planlarını mütləq həyata keçirəcəklər və bu məqsədə nail olmaq üçün bizi Yerevandan, Qarabağdan, Qarsdan qovub çıxarmağa cəhd göstərəcəklər. Biz bilməliyk və unutmamalıyıq ki, ermənilər istənilən alçaqlığa hazırdırlar. Onlar təxribatlara əl ataraq müsəlmanları özlərinə qarşı qaldırmağa təhrik edəcək, bilərəkdən böyük itkilərə yol verəcək, sonra da bütün Avropaya özlərini yazıq, məzlum, iztirablı bir xalq kimi göstərmək üçün ah-nalə çəkərək zarıyacaqlar. Onlar öz cinayətləri üçün tədricən plan hazırlayacaq və onu həyata keçirmək üçün yollar arayacaqlar.”

 Dünyada ən tanınmış siyasətçilərdən olan amerikalı professor Zbiqnev Bzejinski “Tələbələrimə- sabahkı dünyanın mənzərəsini formalaşdırmaqda onlara kömək üçün” epiqrafı ilə başlayan “Böyük şahmat lövhəsi” adlı kitabının “Avrasiya Balkanları” fəslində də  “etnik ziddiyyətlər qazanı” adlandırdığı ölkələrdən 8-nin SSRİ-nin tərkibində olan müttəfiq respublikaları göstərir. Bu proqnoz da özünü doğrultdu.

 İlk addım 1986-cı ildə Qazaxıstanda atıldı. Qan töküldü. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ (1988), Gürcüstan: Abxaziya, Cənubi Osetiya münaqişələri (1989), Pribaltika hadisələr (1988-1990), Moldova, Dnestryanı münaqişəsi (1989-1991), Tacikistan vətəndaş müharibəsi (1990)... və nəhayət, 1991-ci ilin dekabrında SSRİ dağıldı.

 SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri, təşəbbüskarları və təşkilatçıları, bir sözlə, erməni separatçıları və havadarları məqsədlərinə nail olmaq üçün Sumqayıt hadisələrini törətdilər. Yəni SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemini yaratmaq bəhanəsinə Sumqayıt hadisəsi təkan oldu.

“Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, əgər,ulu öndər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.

 Dövlət başçımızın bildirdiyi kimi, Sumqayıt hadisələrini törədənlər 20 Yanvar qırğınına, Xocalı soyqırımına da müəlliflik etdilər.  Ermənilərin törətdikləri faciələrdə dinc əhali qətlə yetirildi, Azərbaycan xalqının qanı axıdıldı. “Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi” söyləyən Prezident İlham Əliyev Hitlerlə əməkdaşlıq edən, Njdeyə abidə ucaldan Ermənistanı faşizm ideologiyasına sadiq, terroru dövlət səviyyəsində dəstəkləyən dövlət adlandırır.

 Erməniliyin ümumi xarakteristikasını zaman-zaman səsləndirən tanınmışların bu millət haqqında söylədikləri biri-birindən maraqlıdır. “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən” sözlərinin müəllifi rus şairi A.S.Puşkindir. İsveç səyyahı Adam Mets erməniləri bu cür tanıdır: “ Dərisi ağ qulların ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər.” Fransız yazıçısı və səyyahı Aleksandr Düma “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevrilmişlər.”

Ermənilərin soydaşlarımıza qarşı törətdikləri cinayətlər, qətliamlar dahilərin bu millət haqqında söylədiklərini təsdiqləyir.

Xuraman İsmayılqızı, “İki sahil”