29 sentyabr 2020 15:26
691

Daha 10 şagird koronavirusa yoluxub

Ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı məlumat açıqlanıb.

Təhsil Nazirliyindən "İki sahil"-ə bildirilib ki, sentyabrın 28-də 15 şagirdin, bir nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 10 şagird, bir nəfər işçi heyət isə koronavirusa yoluxub. Virusa yoluxma hallarına görə 7 sinifdə tədris distant formaya keçirilib. Bununla da, distant təhsilə keçirilən siniflərin sayı 19-a çatıb.

Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib.