30 iyul 2020 17:01
747

Daha 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı

Azərbaycanda daha 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.