26 yanvar 2021 11:46
1041

Daha 4 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 4 erməni hərbçinin meyiti tapılıb.

“İki sahil” “Armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlərdən biri Suqovuşan, üçü isə Cəbrayıl ərazilərində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 287-yə yüksəlib.

Hazırda axtarış işləri Hadrut istiqamətində davam etdirilir.