15 iyul 2020 16:50
1247

Daha 559 nəfər koronavirusa yoluxdu, 545 nəfər sağaldı

Azərbaycanda 559 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 659 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.