16 may 2020 16:10
503

Daha bir azərbaycanlı İsveçdə öldü

Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğlu İsveç Krallığında koronavirusdan (COVID-19) vəfat edib.

Bunu "Report"un Avropa bürosuna İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand bildirib.

Əslən Neftçala rayonundan olan M.Hüseynov Stokholmda ötən gecə xəstəxanada vəfat edib. Ailəsi mərhumun Azərbaycana gətirilərək Vətəndə dəfn olunmasını istəyir. 

N.Hollenbrand qeyd edib ki, İsveçdə daha bir 47 yaşlı azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc aprelin sonunda koronavirus pandemiyasından vəfat edib.