18 fevral 2020 20:46
1299

Daha bir kəndin su problemi həll olundu

Lerik rayonunda son illər istər iqtisadi, istərsə sosial sahədə daha çox inkişaf edən kəndlərdən biri Zəriküməcodur. Buranın füsunkar təbiəti insanları valeh etdiyi kimi, torpaqları da bərəkətlidir. Dövlət Proqramlarına uyğun bu dağ kəndində xeyli iş görülübdür. Ən əsası kənddə insanların rahatlığı üçün görülən tədbirlər ürək açandır.

Artıq burada camaatı narahat edən bir çətinlik yoxdur. Bircə içməli su problemi idi, o da ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən yoluna qoyuldu. Düz kəndin mərkəzində artezian quyusu qazılıbdır. Quyuda bütün lazımı avadanlıqlar quraşdırılıb. Məhz buna görə də kəndin bütün evləri vaxtı-vaxtında içməli su ilə təmin olunur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü