11 iyun 2019 14:03
266

Daha bir metro stansiyası istifadəyə veriləcək

"Bakı Metropoliteni"nin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3" adlandırılan stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur".

 Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

H.Məmmədovun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

 "B3” metro stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir. (Report)