02 dekabr 2020 16:01
312

Deputat seçicilərin qayğıları ilə tanış olub

Milli Məclisin deputatı Naqif Həmzəyevin seçicilərlə növbəti görüşü onlayn şəkildə həyata keçirilib.

Seçicilərlə daim ünsiyyət qurmaq üçün yaradılan Hamzayev.az adlı internet portalı vasitəsi ilə baş tutan görüşdə Naqif Həmzəyev vətəndaşların arzu və təkliflərini, istəklərini, problemlərini səbrlə, təmkinlə, qayğı ilə dinləyib. Hər bir müraciət və təklifə həssaslıqla yanaşan Naqif Həmzəyev seçiciləri narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.

Görüşdə məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətlərin nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılacağı bildirilib.

Eyni zamanda millət vəkili vətəndaşlara həm özlərini, həm də yaxınlarını karonavirus pandemiyasından qorumaq, ətrafdakıları risk altında qoymamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etməyi tövsiyə edib.