21 may 2019 18:30
1577

Deputat Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb.

Deputat seçicilərinin müraciətlərinə baxıb.

Müraciət edən seçicilərin əksəriyyəti sosial və digər xarakterli problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təmin olunmaq, həmçinin, müalicə və müayinə edilmək istəyən müraciətçilərin probleminə yerindəcə reaksiya verilib və deputat aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, deputatın seçicilərilə görüşləri həm qərargahda, həm də səyyar şəkildə ayrı-ayrı məhəllələrdə baş tutur.