13 yanvar 2020 15:29
490

Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?

Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir. Secki-2020.az saytının xəbərinə görə, hazırda təqdim edilən sənədlərdə məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edilməsi mərhələsidir.  Sənədlərə dairə seçki komissiyalarına qəbul edildikdən sonra yeddi gün müddətində baxılmalıdır.

Xatırladaq ki, namizədlərin sənədləri təqdim etmələri mərhələsi 2019-cu ilin dekabrın 21-də başlayıb, 2020-ci ilin yanvarın 10-u saat 18:00-dək davam edib.  Deməli, namizədlərin qeydə alınması prosesi yanvarın 16-da bitəcək. Yanvarın 17-dən etibarən isə deputatlığa namizədlərin təşviqat kampaniyasına start veriləcək. Seçki prosesinin bu mərhələsi fevralın 8-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər bu ilin fevralın 9-da keçiriləcək.  //secki-2020.az