Erməni faşistləri Qazyan kəndində dinc sakinlərin evlərini artilleriyadan atəşə tutub
Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtərin Qazyan kəndində mülki sakinlərin evlərinə ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmən məqsədli şəkildə mülki əhalini hədəf alır.
Kənd sakini Müşfiq Axundov bildirib ki, kənddə demək olar, bütün evlərə zərər dəyib: “Kəndimizə təkcə ötən gün onlarla evə mərmi düşüb. Ordumuza güvənirik, Allah hərbçilərimizi qorusun. İnşallah qələbə bizim olacaq”.