22 fevral 2020 15:25
1692

Dioqo Jota ən yaxşı oldu

Fevralın 22-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin “Vulverthemton” klubunun oyunçusu Dioqo Jota səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.

İyirmi üç yaşlı portuqaliyalı yarımmüdafiəçi komandasının “Espanyol” (İspaniya) klubunu 4:0 hesabı ilə məğlub etdiyi oyunda üç qol vurub.

Futbolçu səsvermədə Yanis Hacı (“Qlazqo Rengers”, Şotlandiya), Daiçi Kamada (“Ayntraxt”, Almaniya) və Lusiano Vietto (“Sportinq”, Portuqaliya) qabaqlayıb.