14 iyun 2019 14:46
217

Diqqət! Rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Analoji işlər Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda (Zabrat dairəsindən Pirşağı qəsəbəsinə kimi) axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.