13 sentyabr 2019 11:27
93

Diyarbəkirdə törədilən terror aktı nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Ötən gün Türkiyə vaxtı ilə 18:00 radələrində Diyarbəkir şəhərinin Kulp rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı yeddiyə çatıb.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu hadisədən dərhal sonra bölgəyə gələrək Diyarbəkirdəki Səlahəddin Əyyubi Dövlət Xəstəxanasına yerləşdirilən yaralılara baş çəkib.

Terror aktı bölgədə vəziyyəti daha da gərginləşdirib. Belə ki, övladları PKK tərəfindən qaçırılan valideynlər Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir şöbəsi qarşısında fasiləsiz piket keçirdikləri bir vaxtda qanlı terror aktının törədilməsi yerli əhalinin hiddətini daha da artırıb. Təhlükəsizlik qüvvələri bölgədə asayışin pozulmasının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb.

HDP-nin binası qarşısında keçirilən aksiyaya dəstək məqsədilə sentyabrın 12-də Mardin şəhərində də izdihamlı yürüş olub.