30 iyul 2020 13:40
171

Dodon Azərbaycan və Ermənistanın diaspor nümayəndələri ilə görüşüb

Moldova Prezidenti İqor Dodon Moldova Azərbaycanlıları Konqressinin nümayəndəsi Feyruz İsayev və Moldova erməni icmasının nümayəndəsi Qennadi Babayanla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə İ. Dodon “Twitter”də paylaşım edib.

Görüşdə Moldova Prezidentinin etnik məsələlər üzrə müşaviri Sergey Mişin və etnik məsələlər Agentliyinin direktoru Yelena Belyakova da iştirak ediblər.