10 yanvar 2020 16:43
198

Dollar kreditləri üçün 645 milyon manat kompensasiya ödənilib

Prezident İlham Əliyev ötən ilin fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası ilə bağlı 900 mindən çox insan kompensasiya prosesinə cəlb olunub.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

Onun sözlərinə görə, bütövlükdə bu günə valyuta kreditləri üzrə 645 milyon manat məbləğində kompensasiya ödənilib.

O, əlavə etdi ki, sözügedən Fərmanın ikinci hissəsində bütövlükdə 17 min manata qədər olan əhalinin kreditlərinin restrukturizasiyası proqramı nəzərdə tutulurdu və bu proqrama 269 mln. manat həcmində güzəştli şərtlərlə olan vəsait ayrılıb. //APA