01 fevral 2019 17:08
153

Donald Tusk: Miqrantların axını azalıb

Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, ötən il Avropa İttifaqına 100 min miqrant gəlib ki, bu da böhrandan əvvəlki dövrdə gələn miqrantların sayından xeyli azdır. O bildirib ki, Avropaya üz tutan qeyri-leqalların sayı nəzərəçarpacaq dərəcədə azalıb. AZƏRTAC xəbər verir ki, Tuskun fikrincə, problemin həllinə radikalların ritorikası deyil, məhz Aİ-nin birgə siyasəti kömək edib.

Avropa İttifaqı tam bir sıra məqsədli proqramın və investisiya layihəsinin icrasına başlayıb, çünki hesab edir ki, insanların Avropaya yollandıqları ölkələr və regionlarla məqsədyönlü iş aparılmalıdır.