16 yanvar 2020 17:46
857

Dörd ölkə su altında qala bilər

“Moody's” reytinq agentliyinin hesabatına görə, iqlimşünaslar gələcək onilliklər ərzində dəniz səviyyəsinin yüksəlməyə davam edəcəyini, bunun da təbii fəlakətlərə - fırtına, sel və siklonlara səbəb olacağını bildiriblər.

Təbii fəlakətlər iqtisadi və sosial problemlərə, o cümlədən insan itkisi, miqrasiya, investisiya qoyuluşları və aktivlərə zərər verə bilər.

Risklərlə üzləşə biləcək ölkələrə gəlincə agentlik - Vyetnam, Baham adaları, Misir və Surinamın adını dərc edib: “İqtisadi inkişaf edən ölkələr də oxşar təhlükə ilə üzləşə bilər”. //Azvision.az