23 sentyabr 2020 20:36
1543

Dost gülləsi ilə yaralandı

Türkiyədə "Best Model"in qalibi, aktyor Onur Seyit Yarana silahlı hücum edilib.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, o, İstanbulda dostu tərəfindən silahla vurulub.

Xəstəxanaya çatdırılan aktyorun həyati təhlükəsinin olmadığı bildirilir.

Qeyd edilir ki, aktyor və iki dostu arasında mübahisə yaranıb. Bu zaman dostlarından biri Yaranın çiynindən güllə ilə vurub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, Onur Seyit Yaran "2016 Best Model Türkiye" ve "Best Model Of The World" yarışmasının birincisi seçilib.