17 yanvar 2020 09:40
1173

Dostunun qızına təcavüz etdi, arvadını götürüb qaçdı

Türkiyənin İstanbul şəhərində yeniyetmə “əmi” dediyi şəxs tərəfindən təcavüzə məruz qalıb.

"İki sahil" xəbər verir ki, Küçük çəkməcədə 15 yaşlı S. B. iki il əvvəl atasının qohumu Həbib B. tərəfindən iki dəfə təcavüzə uğrayıb.

O, başına gələnləri danışsa da, anası ona inanmayıb. Məktəblinin hadisəni müəllimlərinə danışması nəticəsində hər şeyin üstü açılıb.

Barəsində səkkiz il dörd ay həbs qərarı verilən şəxs üç aydan sonra sərbəst buraxılıb. Ona ölkə xaricinə çıxma və təcavüz etdiyi qıza 200 metrdən çox məsafədə yaxınlaşma qadağası qoyulub.

İddiaya görə Həbib B. iki il ərzində təcavüz etdiyi qızın atasına qarşı firıldaqçılıq edib və anası ilə qaçıb.

Təcavüzə uğrayan məktəblinin atasının dediyinə görə, onun bir yaş altı aylıq uşağı da Həbib B.-dən olub. İndi S. B. psixoloji müalicə alır, yaşadığı dəhşətə görə məktəbə gedə bilmir və hadisədən sonra yataq xəstəsi olan atasına baxır. Atası S. B. cinayəti törədənin azadlıqda olmasından şıkayətçidir və onun dəmir barmaqlıqlar arasında qalmasını tələb edib.