27 iyul 2020 13:43
226

Dövlət Gömrük Komitəsi onları axtarır FOTO+VİDEO

"Gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılıq hallarının qarşısının alınması, xarici ticarət fəaliyyətinin mövcud  qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətdir. Gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır".

Bu barədə "İki sahil"ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, video və fotodakı şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar.

"Həmin şəxsləri tanıyanların Dövlət Gömrük Komitəsinə məxsus aşağıdakı telefon nömrələrinə zəng edərək məlumat vermələrini xahiş edirik.

012-404-22-00 daxili (55-44), mob: 070-225-45-44"- deyə, qeyd edilib.