20 may 2020 11:51
227

Dövlət Miqrasiya Xidməti bütün istiqamətlər üzrə müraciətləri qəbul edir

“Əcnəbilər ölkədə olma müddətinin uzunmüddətli artırılması ilə bağlı müraciət edə bilərlər.” 

"İki sahil" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib. 

Xidmət rəisi deyib ki, həmin şəxslərin müraciəti üçün heç bir problem yoxdur: “Bu əcnəbilər 1, 2 və 5 illik ölkədə qalma ilə bağlı həm elektron, həm də fiziki qaydada qəbul şöbələrinə gedərək, müraciət edə bilərlər, amma gəldikdə əvvəlcədən növbəyə yazılmalıdırlar. Ümumilikdə, DMX bütün fəaliyyət istiqamətləri üzrə müraciətləri artıq qəbul edir”.