14 mart 2019 19:52
134

Dövlət İmtahan Mərkəzinin ekspertləri ilə görüş

“BP Azerbaijan” şirkətinin və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan “Ümumtəhsil müəssisələrində informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzində (DİM) martın 14-də ekspert heyəti ilə görüş keçirilib.

DİM-dən bildirilib ki, görüşdə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən 10 və 11-ci sinif şagirdləri üçün “İnformatika” fənnindən hazırlanmış dərs vəsaiti, seçilmiş 31 pilot məktəbdə vəsaitin istifadəsi və informatika müəllimləri üçün keçirilmiş təlimlər haqqında məlumat verilib.

İclasın sonunda həmin vəsaitlərə DİM-in ekspertlərinin rəy verməsi ilə bağlı müqavilə imzalanması barədə qərar qəbul olunub.