21 aprel 2019 21:43
684

Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 444, BB qrupu üzrə 1310, ümumilikdə isə 1754 namizəd qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 164 nəzarətçi müəllim, 5 bina nümayəndəsi ayrılıb.