25 oktyabr 2020 12:41
955

Döyüşdən qaçan erməniləri koronavirus “xilas edir”

Ermənistanda hərbi səfərbərlikdən yayınmaq üçün saxta COVID-19 arayışı alan şəxs saxlanılıb.

Azvision.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində qeyri-qanuni yolla tibbi arayış əldə edən çağırışçı aşkarlanıb.

Məlum olub ki, o, koronavirusa "yoluxması" barədə arayışı tibbi mərkəzdən pul müqabilində alıb. Faktla əlaqədar tibb mərkəzinin işçiləri nəzarətə götürülüb, araşdırma aparılır.

Bundan öncə xəbər verdiyimiz kimi, son vaxtlar Ermənistanda koronavirusa yoluxma sayında rekord artım qeydə alınmaqdadır. Həkimlər kəskin artımın səbəbini heç nə ilə izah edə bilmirlər. Yoluxanların əksəriyyəti 18-55 yaş arasındakı kişilərdir. Yəni səfərbərlik ehtiyatında olan şəxslərdir.

Araşdırmalar təsdiqləyir ki, onlar Ermənistanın məğlub olduğu döyüşdə iştirak etmək istəmir, bu məqsədlə özlərini virusa "yoluxdururlar".

Bəzi məlumatlara əsasən, Ermənistanda koronavirus üçün "müsbət" test arayışı almaq təxminən 1000-2000 dollara başa gəlir. Beləliklə, virusa "yoluxmuş" çağırışçılar döyüşə göndərilməkdən azı iki həftəlik möhlət alır və bununla özlərini xilas edirlər.