19 iyul 2019 16:56
353

DSX onları xilas etdi - FOTO

15 iyun 2019-cu il tarixdə saat 11:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb, saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıb.