01 fevral 2019 13:44
107

DSX: Sərhəd pozucuları narkotiklə yaxalandı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində son günlərdə narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, 2019-cu il 15 yanvar tarixində, saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntə­qəsi tərəfindən Lənkəran rayonunun Qamışovka və Siyavar kənd­ləri istiqamətində sahildən 12.7 mil aralı naməlum üzmə vasitəsinin Azərbaycan Respub­likasının dəniz sektoruna daxil olması müşahidə edilib. Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi hədəfi izləyərkən o, sürətlə cənub istiqamətinə doğru hərəkət edərək, ərazi sularımızı tərk edib. Na­məlum üzmə vasitəsinin hərəkət koordinatlarına baxış zamanı dənizdə 1 ədəd bağlama içərisində tünd qara rəngli bərk halda çəkisi 995 qram olan narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

2019-cu il 17-20 yanvar tarixlərində saat 20:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsinin müqabilində İran İslam Respublikasında atışma səsləri eşildiyi üçün sərhəd zastavası "silaha” komandasına qaldırılaraq həmin sahə istiqa­mətində hərəkət edib. Qeyd olunan ərazi dərhal qapadılaraq ətrafda axtarış tədbirləri keçirilib və nəticədə 2 ədəd rəngli çantanın içərisində 6 kq 100 heroin, 1 kq 800 qr meta­mfetamin, 200 qr tiryək və qayalıqların arasında gizlədilmiş halda 2 ədəd bağlama içərisində 14 kq 850 qram tiryək və 6708 ədəd “Metadon-40” həbi aşkar edilərək götürülüb.

2019-cu il 20 yanvar tarixində “Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR vətəndaşı 1983-cü il təvəllüdlü Bani Bayrami Maghsood Rezaghilinin üzərinə baxış keçiri­lərkən daxili orqanlarından 71 qram metamfetamin və 137 qram narkotik maddə olan heroin aşkar olunub. Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 2019-cu il 21 yan­var tarixində Azərbaycan Respublikasının vətən­daşları Masallı rayon sakinləri 1969-cu il təvəllüdlü Hüseynov Mikayıl Mürvət oğlu və 1972-ci təvəllüdlü Əliyev Eldar Şakir oğlu saxlanılıblar.

2019-cu il 23 yanvar tarixində, saat 00:53 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədini pozaraq İrandan Azərbaycana keçmiş Beyləqan rayon sakini əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Qəhrəmanov Elməddin Seyfəddin oğlu sərhəd pozucusu qismində saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd selofana bükülmüş halda 1080 qram kokos tərkibli narkotik maddə, 5 qram marixuana və 1 ədəd mobil telefon aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.