19 yanvar 2021 15:16
379

DSX və DİN-lə birgə əməliyyat keçirdi: 32 kq narkotik götürüldü

Cəlilabadda külli miqdarda narkotik vasitələr ələ keçirilib.

Daxili İşlər Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpədəki N saylı hərbi hissəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 18-də birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Uzuntəpə kənd sakini A.Şərbətov və sərnişini, Cəlilabad şəhər sakini S.Hüseynzadə Ocaqlı kəndi ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 25 kiloqram 285 qram heroin, 6 kiloqram 920 qram metamfetamin aşkar edilərək götürülüb.