06 fevral 2019 17:55
332

DTX hava limanında əməliyyat keçirdi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.