19 mart 2019 17:05
6125

Dubay haqqında bunları bilirsinizmi?

Əgər dünyanın ən prestijli istirahət mərkəzinin hara olduğunu soruşsaq, yəgin ki, bir çoxlarının ağlına Dubay şəhəri gələcək. 1966 – cı ildə burada nəhəng neft yataqları aşkar olunub və bundan sonra Birləşmiş Ərəb Əmirliyi sürətlə inkişaf etməyə başlayıb.

Sürətli inkişaf Dubayı ən böyük və varlı meqapolisə çevirdi. Bu gün ölkənin əsas gəlir mənbəyi yeni texnologiya, turizm və ölkələrarası ticarətdir. Bu gün oxucularımızı Dubay haqqında daha bir  maraqlı faktlarla tanış edəcəyik.

Dubayada dəvə yarışları ənənəvi əyləncədir və əsrlər boyu davam edib. Əvvəllər dəvələr təyin olunmuş yeri rahat qət etmələriüçün atlıları arıq uşaqlar seçirdilər. Bəzən uşaqları hətta ac belə saxlayırdılar. XXI əsrdə belə bir təcrübə ciddi etiraza səbəb oldu və nəticədə robotlaşdırılmış jokerlər hazırlandı. Bu jokerlər yüngül və bacarıqlı idilər.

Dubayda məktub göndərmək istəsəniz orada ünvanı qeyd etməyə ehtiyac yoxdur. Belə ki, hər bir insan xüsusi bazada qeydiyyatdadır və 10 nişanlı idendifikatora sahibdir. Siz sadəcə həmin idendifikatoru qeyd edirsiniz və poçt xidməti məktubu lazım olan yerə təslim edir.

Mükəmməl arxitekturaya malik olan göydələn 2009 – cu ildə inşa edilib və 828 metrlik rekord yüksəkliyə sahibdir. Bu heyrətamiz tikilinin ərsəyə gəlməsi üçün 6 il zaman sərf olunub və hər gün 12 min fəhlə çalışıb. Göydələn 80 kilometr uzaqlıqdan görünür, lakin göydələnin ən yüksək mərtəbəsindən günəşin batmasını izləmək daha mükəmməldir.

Burada olan qeyri – adi qış  atraksionu 2,2 hektar sahəni əhatə edir. Təchizat hər gün 30 ton qar istehsal edir. Şəhər sakinləri və qonaqlar isti hava şəraitindən sərinləmək üçün buraya təşrif buyururlar. Burada 5 xizək trassından istifadə etmək olar.

Dubay sakinləri hər bir yerdə komfortu sevirlər. Dözülməz istilər küçədə rahat hərəkət etməyi çətinləşdirir. Buna görə də bir çox yerlərdə kondinsionerlər quraşdırılır, hətta dayanacaqlarda da. Kənardan bu qəribə görsənsə də həqiqətdə buçox gözəl fikirdir. 

Süni adaların tikintisi torpaq çatmazlığı baxımından mükkəmməl ideyadır. Dubayda torpaq sahəsi çox bahadır. Xüsusilə də sahillərdə. Varlı iş adamları süni adalar yaradaraq bahalı evlər və otellər tikirlər.

Dubay yer üzündə ən təhlükəsiz şəhər hesab olunur. Məsələn, burada bir insanı öldürmək ABŞ – da 11 dəfə oğruluq hadisəsinin baş verməsindən qat – qat aşağıdır.

Dubayadakı ticarət mərkəzi dünyanın ən böyük mərkəzi hesab olunur. Bu yeganə mərkəzdir ki, onun sahəsi 44 hektar sahəni əvəz edir. 465 min metr sahədə 1200 mağaza fəaliyyət göstərir və bir il ərzində mərkəzə 54 milyon insan gəlmiş olur.

Dubayda küçədə zinyət əşyaları, bahalı elektronika və hətta qızıl əşya satılan avtomatlar yerləşdirilib. Burada bankomatlardan nadir hallarda istifadə olunur. Belə ki, burada gündəlik həyatda kağız pullardan istifadə etmək yaxşı qəbul olunmur.

Dubayda küçədə gəzərkən üzərini toz basmış  çox bahalı avtomobilə rast gələ bilərsiniz. Belə ki, bəzən insanlar avtomobillərini harada qoyduqlarını unudurlar və əvəzinə yeni maşın alırlar. Lakin hökümət yaddan çıxmış avtomobilin küçədə çox qalmasına imkan vermir və onları yaddan çıxmış avtodayanacaqlara yerləşdirir. Bundan başqa, yerli varlılar mütəmadi olaraq pul ilə və ya zinyət əşyaları ilə dolu çamadan və ya çantalarını da unudurlar.

Könül Cavid, “İki sahil”