09 yanvar 2020 11:16
160

Dünya Bankı ölkəmizdə 2,2 faizlik iqtisadi artım proqnozlaşdırır

Dünya Bankı (DB) 2020-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2,3 faiz artacağını proqnozlaşdırır.

Bankın saytlnda dərc olunan “Dünya iqtisadiyyatının perspektivlər: Yavaş artım, siyasi çağırışlar” icmalına əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-nin artımı 2,1 faiz təşkil edəcək.

Ümumilikdə, DB ötən ilin oktyabr ayında etdiyi 2020-2022-ci illər üçün Azərbaycanda iqtisadi artım rempləri üzrə proqnozlarını təsdiq edib.

Eyni zamanda, DB-nin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin artımı 2,2 faizə yaxın təşkil edəcək.

Beləliklə, 2020-2022-ci illərdə Azərbaycanda ÜDM-nin orta illik artımı 2,2 faizə yaxın təşkil edəcək.

“Azərbaycan iqtisadiyyatının uzunmüddətli artımı özəl sektorun inkişafının sürətləndirilməsi məqsədilə islahatların davam etdirilməsi və maliyyə sektorunda zəifliliyin aradan qaldırılmasından asılıdır. Bundan əlavə, insan kapitalına sərmayələr, təhsilin keyfiyyətinin artırılması iqtisadi artım templərinə müsbət təsir göstərəcək”, - hesabatda qeyd olunur. //İnterfax