14 iyun 2019 11:13
325

Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar bahalaşaraq 61,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar artaraq 52,47 dollar təşkil edib.