16 avqust 2019 10:36
85

Dünya birjalarında neftin qiyməti bahalaşıb

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar bahalaşaraq 59,04 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,86 dollar artaraq 55,33 dollar təşkil edib.