13 avqust 2020 16:24
1726

Dünya çempionu “İnter Mayami”də

 “Yuventus”dan ayrılan Blez Matyuidinin “İnter Mayami”yə keçidi rəsmiləşib.

“İki sahil”ABŞ klubunun saytına istinadən xəbər verir ki, fransalı futbolçu ilə müqavilə imzalanıb. Ancaq sözləşmənin müddəti və digər şərtləri açıqlanmayıb.

Xatırladaq ki, MLS təmsilçisinin sahibi əfsanəvi ingilis futbolçu Devid Bekhemdir.

Qeyd edək ki, Fransa millisinin heyətində DÇ-2018-in qalibi olan 33 yaşlı futbolçu 2017-ci ildə PSJ-dən “Yuventus”a keçmişdi.