07 aprel 2020 14:01
1050

Dünya çempionundan cazibədar paylaşım - FOTO

Rusiyalı məşhur üzgüçü Yuliya Yefimova sosial şəbəkə istifadəçilərini növbəti dəfə öz gözəlliyi ilə heyran qoyub.

"İki sahil" xəbər verir ki, 28 yaşlı dünya və Avropa rekordçusu “İnstagram” hesabında çimərlik geyimində fotosunu paylaşıb. Qüsursuz bədən quruluşu ilə diqqəti üzərinə çəkən Yefimovanın qara çimərlik geyimindəki cazibədar şəklini minlərlə izləyicisi bəyənib.

Qeyd edək ki, Yuliya Yefimova Olimpiya Oyunlarının üçqat mükafatçısı, altıqat dünya çempionudur.