06 dekabr 2019 19:36
2011

Dünya məşhurları haqqında bilmədikləriniz...

Napoleon İtaliyanı ələ keçirəndə 26 yaşı var idi. İtaliyanın dövlət bayrağı Napoleon tərəfindən tərtib olunub.

Səddam Hüseynin böyük oğlu Uday Bağdad Universiteti tərəfindən “Siyasi elmlər doktoru” dərəcəsini aldı. Bu elmi adı almasına baxmayaraq, onun heç orta təhsili də yox idi.

Misir kraliçası Kleopatra zəhərlərin təsirini yoxlamaq, onları sınaqdan keçirmək üçün qullarını  içməyə məcbur edirdi.

Leninin ölərkən beyni normadan 4 dəfə kiçilib.

1938-ci ildə “Time” jurnalı Hitlerə “İlin adamı” adını verdi.

Monqol istilaçısı Timur (1336-1405)  öldürdüyü insanların kəllələri ilə polo oyunu oynayırdı. Timur qətl elədiyi insanların kəllələrindən 9 metr hündürlüyündə piramida yaratmışdı.

Hitler vegetarian olub.

Uinston Çerçilin anası tərəfindən olan qohumları - hindular olub.

Kommunizm nəzəriyyəsinin banisi Karl Marks heç bir zaman Rusiyada olmamışdır.

Uqanda prezidenti İdi Amin çox qəddar və amansız bir diktator olub. Hakimiyyətə gəlməmişdən əvvəl o, Britaniya ordusunda xidmət etmişdir.

ABŞ-in prezidenti Endryu Cekson Yer kürəsinin düz olduğuna inanırdı.

1849-cu ildə senator Devid Atçison bir günlük ABŞ-ın prezidenti oldu və çox maraqlıdır ki, həmin gündə də o sadəcə yatıb.

Fars vəziri Əbdül Kəsim İsmayıl (X əsrdə yaşayıb) kitab oxumağı çox sevirdi, kitablarından da heç ayrı qalmazdı. Onun böyük kitabxanası var idi və hər dəfə səfərə gedərkən, 117 min nüsxə kitablar 400 dəvə tərəfindən daşınırdı. Çox maraqlıdır ki, kitablar dəvələr ilə birlikdə əlifba sırasında yerləşdirilirdi.

Hans Kristian Andersen səhvsiz bir söz belə yaza bilmirdi.

XIX əsrin ən məşhur və qəddar qatili Cek Ripper törətdiyi cinayətləri yalnız həftə sonu edirdi.

Sağlam qidalanma və düzgün bəslənmədən bir neçə kitabın müəllifi olan məşhur həkim Elis Çeys aclıqdan ölüb.

Dahi bəstəkar Motsart 3 yaşından musiqi bəstələməyə başlayıb.

Rus kraliçası I Elizaveta vəfat etdiyində, onun qarderobunda 15 mindən çox paltar tapılmışdır.

1932-ci ildən bəri Cimmi Karter və Corc Buş yalnız bir dəfə prezident seçiliblər.

Yer kürəsində Uilliam Şekspirin heç bir ailə üzvü sağ qalmayıb.

Əvəzolunmaz bəstəkar olan Bethoven 9-cu simfoniyasını yazarkən tamamilə kar idi.

Rus bəstəkarı Aleksandr Borodin musiqiçi olmağından savayı, həm də Sankt-Peterburqda məşhur bir kimyaçı olub.

Amerika prezidentlərindən ən balaca boyu olan  Ceyms Madison olub (1.62m), ən hündür olan isə Avraam Linkolndur (1.93m).

1778-ci ildə vəfat edən Volterin cəsədi qəbirdən oğurlandı və tapılmadı. Yalnız 1864-cü ildə aşkar edildi.

Alman fiziki Eynşteyn ölərkən son sözləri onunla məzara getdi, çünki yanında olan tibb bacısı alman dilini başa düşmürdü.

Amerikalı sənaye maqnatı  Con Rokfeller var-dövlətinin 550 milyon dollarını  fondlara və təşkilatlara  bağışladı.

35 il ərzində Motsart 600-ə yaxın əsər yaratdı, lakin öləndə həyat  yoldaşı  Motsart  üçün qəbiristanlıqda  bir yer almağa belə pulu yox idi.

Psixoanalizin qurucusu  Ziqmund Freydin çox qəribə cəhətləri var idi. Freyd 62 rəqəmindən qorxurdu, 62 otağı olan otellərdə qalmaqdan imtina edirdi və adamlar onun bu qorxusunun kokoin qəbulu ilə bağlı olduğunu düşünürdülər.

Məşhur təşəbbüskar Henri Ford əlil  insanları işlə təmin etməyi çox xoşlayırdı. 1919-cu ildə onun fabriklərində 4 insandan biri əlil idi.

Kleopatra öz doğma qardaşı Plotomeylə ailə həyatı qurmuşdur.

Madaqasqar kraliçası Ranavalona qullarını yuxuda görəndə onları dərhal edam etdirirdi.

Samirə Tağıyeva, “İki sahil”