23 may 2019 12:54
863

Dünya üzrə turist axını bu ilin birinci rübündə 4 faiz artıb

2019-cu ilin yanvar-mart aylarında beynəlxalq turist axınları ötən ilin müvafiq dövründəki göstəricilərə nisbətən 4 faiz artıb.

AZƏRTAC Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, bu baxımdan ən çox irəliləyiş Yaxın Şərq (+8 faiz) və Asiya-Sakit okean regionunda (+6 faiz) qeydə alınıb. Sonrakı yerlərdə Avropa (+4 faiz), Afrika (+4 faiz) və Amerika (+3 faiz) gəlir.

Təşkilatın baş katibi Zurab Pololikaşvili bildirib ki, turizm bütün dünyada “pozitiv iqtisadiyyat, hava daşımalarının artması və viza rejiminin sadələşməsi” sayəsində inkişaf edir.

Proqnozlara görə, beynəlxalq turist səfərlərinin miqdarı bütün 2019-cu il ərzində 3 faizdən 4 faizədək artacaq.