10 yanvar 2020 18:51
347

Dünya xalqlarının qəribə adətləri

Dünyada bir çox ölkələrin var özünəməxsus fərqli və maraqlı adətləri var. Hətta bəzi ölkələrin adətləri bizə qəribə və ya hətta gələ bilər. Bu yazıda sizə dünya xalqlarının diqqətçəkən adətlərindən söz açırıq.

İspaniya

Avqustun son həftəsində İspaniyanın Bunyol şəhərində “Tomatina” adlı festival keçirilir. İspanlar bu festivalı keçirərək yayı yola salırlar. Bütün festivallar kimi,  “Tomatina” festivalı bayram atəşfəşanlığı, musiqi, bitməyən şən rəqslər və pulsuz qonaqlıq ilə müşayiət olunur.

Lakin bütün  dünyada şöhrət qazanan bu festivalın əsas xüsusiyyətlərindən biri odur ki, bayram günü şəhərin meydanında pomidor döyüşü baş verir. Dünyanın hər tərəfindən onlarla insan maraqlı festivalın iştirakçısı olmaq üçün Bunyol şəhərinə gəlirlər. Saat 11-də bələdiyyə binasından bir atəş açılır və bu da döyüşün başlaması üçün bir siqnal olur. Bundan sonra şəhər meydanına pomidorla dolu yük maşını gəlir və səbrsiz festival iştirakçıları pomidorları götürərək bir-birlərinə atırlar. Maraqlı və eyni zamanda çox şən keçən döyüş 1 saat davam edir. Əyləncənin bitməsi üçün su toplarından bir siqnal verilir.

İndoneziya

Balidə 18 yaşına çatan yeniyetmələrin “ köpək dişləri” kəsilməlidir və bu qəribə hərəkət onlarda artıq bir adətə çevrilib. Balidə yaşayan insanlar “köpək dişləri”nin pis ruhlarla əlaqədə olduqlarını düşünürlər. Onların sözlərinə görə, bu dişlər pis enerji mənbəyidir və əgər bədbəxtlik gətirən  dişlər kəsilməsə, onda ölümündən sonra insan cənnətə düşə bilmir və ruhu iki dünya arasında qalaraq əziyyət çəkir. Belə qəribə mərasim məbəddə keçirilir və qorxunc dişlərin kəsimi keşişə həvalə olunur. Ritualın sonunda bu dişlər ailə məbədində basdırılır və beləliklə, həmin insan pis ruhlardan canını qurtarmış olur.

İtaliya

Bəziləri  elə düşünürlər ki, italyanlar yalnız şərab və makaron ilə qidalanırlar.Yalnız bu fikir tamamilə yalnışdır. Heç bilirdinizmi ki, İtaliyanın Ponti bölgəsində yaşayan insanlar Pasxa bayramı ərəfəsində 40 gün ərzində 1000 yumurtadan hazırlanmış omlet yeyirlər?

Şotlandiya

Şotlandiyada qəribə adətlərdən biri də odur ki, toy günü ağ libas geyinmiş, gözəl və təravətli görünən gəlin quyuya qirərək palçıqla yuyulmalıdır və yaxud üstünə bal, un sürtərək meydanda gəzməlidir. Beləliklə, orta əsrlərdən qalan inanclara əsasən, bununla gəlinlər ruhlarını günahlardan təmizləmiş olurlar.

Peru

Peruda yaşayan yerli camaatın qəribə bir adəti var. Uşaqlarının sağlam olmasını istəyən valideynlər ev heyvanlarını tələf edərək, onların qanı ilə yenidoğulan körpələrini çimizdirirlər və beləliklə , uşaqlarının daha sağlam və güclü olacağını düşünürlər.

Afrika

Ginedə evli qadını yoldan çıxaran kişilərin əl və ayaq barmaqları kəsilir və həmin kişi ilə əlaqədə olan qadına yedizdirilir. Bu, Afrikada ciddi bir cəza növü sayılır.

Samirə Tağıyeva, “İki sahil”