08 iyul 2020 16:42
1219

Dünyada 3-cü adam QİÇS-dən sağaldı

Dünya Tibb tarixində 3-cü adam HİV virusundan sağalıb.

"Science" jurnalında yayımlanan məlumata görə, 36 yaşlı Braziliya sakini olan kişi ən dəhşətli xəstəlikdən xilas ola bilib. Məlumata görə, virusun yox olmasına səbəb ona verilən antiretrovirus dərmanlar və nikotinamidin (B3 vitamini) aqressiv birləşməsi nəticəsində mümkün ola bilər.

Müalicə kursus ötən ilin martında bitib. Bundan sonra xəstənin qanında İİV (QİÇS xəstəliyinə yol açabilən retorvirusdur) müəyyən edilməyib.
Məlumdur ki, bir sıra xəstələrdə mülaicə kursu bitəndən sonra virus yüklənməsi yenidən artmağa başlayır.
Hələlik adı açıqlanmayan şəxsin limfa düyünlərinin tam müayinəsi aparılmayıb. Bunun üçün də alimlər QİÇS virusundan tam sağalmağa zəmanət vermirlər.

Məlumata görə, bu yerə kimi adıçəkilən virusdan iki sağalma faktı bəllidir. ABŞ və Böyük Britaniyadan olan xəstələrə qan xərçəngi ilə mübarizə əməliyyatı zamanı sümük iliyi köçürülüb. //Medicina.az