13 mart 2020 16:08
1005

Dünyada ilk koronavirus karantini kurortu açıldı

Maldiv adalarında koronavirusa yoluxmuş turistlərin təcrid olunması üçün dünyada ilk karantin kurortu açılıb.

Trend-in məlumatına görə, bunun üçün paytaxt Maledən 24 kilometr məsafədə Vilivaru adasında 10 gün ərzində hotel inşa edilib.

Qeyd olunur ki, dövlət tərəfindən maliyyələşəcək kurortda tibbi personal pulsuz xidmət göstərəcək. Lüks şərait yaradılan hotel 30 nömrədən ibarətdir.

Kurort ərazisinə kənar şəxslərin girişi və müalicə olunanların bir-biri ilə ünsiyyəti qadağan ediləcək.