01 iyul 2020 10:41
230

Dünyanın 130-dan çox dövlətinin təşəbbüsü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında rayon təşkilatının bir qrup fəalları ilə videokonfrans formatında tədbir  keçirilib.

YAP Kürdəmir  rayon təşkilatının sədri Ağali Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir: “Bu kontekstdə ön planda təbii ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu, şəxsiyyəti böyük rol oynayır. Bu, bir daha dövlətimizin başçısının qlobal əməkdaşlığa verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsini sübut edir. Bir sözlə, dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur. COVID-19 pandemiyasının başlandığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Koronavirusun tüğyan etməyə başladığı ilk dövrlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunmuş iki zirvə görüşü təşkil edildi. Bildiyiniz kimi, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Təklif  Nyu Yorkda 120 Qoşulmama Hərəkatı üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca Qoşulmama Hərəkatının  sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir.”

Videokonfransda vurğulanıb ki, Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.

A.Kərimli videokonfrans iştirakçılarına cənab Prezidentimizin siyasətinin dəstəklənməsi istiqamətində səylərini gücləndirərək, bu istiqamətdə təbliğatın düzgün qurulmasına  daha da çox  çalışmalı olduqlarını  diqqətə çatdırıb. YAP rayon təşkilatının sədri bildirib ki, rayon təşkilatımızın hər bir üzvü bu işdə fəal olmalı və Prezidentimizin apardığı uğurlu, düşünülmüş siyasətə öz töhfələrini verməlidirlər.  Ağali Kərimli, eyni zamanda respublikamızda  və Kürdəmirdə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə karantin qaydalarına riayət olunmasını, cənab Prezidentimizin qeyd etdiyi kimi, tibbi maskalardandan istifadə edilməsini, sosial məsafə saxlanılmasını  və gigiyenik vasitələrdən istifadənin  təbliğ edilməsi  istiqamətində  səylərin artırılmasını  tövsiyə edib.

Orxan Vahidoğlu, “İki sahil”