05 oktyabr 2020 14:13
1543

Dünyanın ən gəlirli aktrisaların adları açıqlandı

ABŞ-ın "Forbes" jurnalı dünyanın ən çox qazanan aktrisalarının reytinqini dərc edib.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, reytinq "Nielsen", "Box Office Mojo" və IMDB-nin məlumatları əsasında hazırlanıb. Siyahının lideri bir ilə 43 mln. ABŞ dolları qazanan "Modern Family" serialının ulduzu Sofiya Verqara olub. Onun ardınca Ancelina Coli (35,5 mln. dollar) və Qal Qadot (31,5 mln. dollar) yer alıb.

Reytinqin ilk beşliyini Melissa Makkarti və Meril Strip tamamlayır. Siyahının ilk onluğuna Emili Blant, Nikol Kidman, Ellen Pompeo, Elizabet Moss və Viola Devis daxil olub.

Jurnal qeyd edir ki, ilk onluğa daxil olmuş aktrisaların ümumi ilik qazancı 254 mln. dollar təşkil edib. Qonorarların əksər hissəsi striminq xidmətləri (onlayn yayım) və televiziyalardan əldə olunub. Yalnız Ancelina Coli illik gəlirinin çox hissəsini ənənəvi kinematoqrafdan əldə edib.