28 yanvar 2020 10:43
1936

Dünyanın ən qorxulu adası - FOTO

Sentinel dünyanın ən qorxulu adasıdır.

“İki sahil” xəbər verir ki, Hind okeanında Andiman arxipelaqından olan Sentinel sakinləri min illərdir eyni şəraitdə yaşayır. Əcnəbilərin adaya gəlişindən narahat olan yerli sakinlər bəzən bu insanları öldürür, bəzən təhlükə ilə bölgədən çıxarırlar.

Sentinel adasında yaşayan yerli qəbilə müasir dövrün ən qapalı cəmiyyətlərindən biridir. Ada xalqı heç bir əcnəbinin öz torpaqlarına gəlməsinə icazə vermir.

Xaricilərlə əlaqə qurmaqdan imtina edən Sentinel xalqı haqqında məlumatlar havadan və dənizdən çəkilən foto və videolardan ibarətdir.

Digər tərəfdən, Sentineldə yaşayanların ibtidai silahları ilə adaya gəlməyə çalışanlara müqavimət göstərdikləri məlumdur.

Adada balıqçılıq və təbii sərvətlərlə bəslənildiyi müşahidə edilən ada xalqının kənd təsərrüfatına dair məlumat yoxdur.