16 may 2019 11:19
2513

Dünyanın qeyri-adi insanları - FOTO

Dünyada elə insanlar var ki, bədənlərinin əzalarına görə digərlərindən fərqlənirlər. Onlarda bədən əzalarında olan qüsurlar ya anadangəlmə olur,  yaxud da sonradan xəstəlik nəticəsində qazanılır. Təəssüflər olsun ki, belə insanların qeyri-adi əzaları onların həyat fəaliyyətinə mənfi təsir göstərir və ya ağrı hissi verir.

Gəlin tarixdə ən böyük bədən hissələri ilə yadda qalan dünya rekordlarına nəzər yetirək.

* İnsan bədəninin proporsionallığı təkcə valideynlərdən ötürülən bir gen deyil. Buna bir çox faktorlar təsir göstərir. Ən uzun barmağa sahib  olan şəxsin adı Leonid Stadnik olub. Onun əlinin uzunluğu 31 santimetr olub. Adi insanların əllərinin uzunluğu təxminən 24 santimetr olur. Bundan başqa, bu şəxs dünyanın ən uzun adamı hesab olunub. Onun boyunun uzunluğu 2,59 metr olub.  2014 -cü ilin avqust ayında Leonid 44 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

* Ukrayna vətəndaşı, təqaüdçü Sergey Malçenko qulaqlarının iriliyinə görə məşhur olub. Lakin buna baxmayaraq təqaüdçünün eşitmə qabiliyyəti çox zəifdir və o, eşitmə cihazından istifadə edir.

Böyük Britaniya vətəndaşı olan Husseyn Besad adlı şəxs ovucunun böyüklüyünə görə dünyada məşhurluq qazanıb. Leonid Stadnikdən ecor Husseyn ikinci ən böyük ovuca sahib olan insandır. Onun ovucunun böyüklüyü 30 santimetrə bərabərdir.

* İnsanın ağzında olan dil orqanı 5 santimetrə qədər uzunluqda olur. Lakin elə insanlar var ki, onlarda bu orqan həddindən artıq uzun olur.

İngiltərədən olan Stiven Teylor adlı qadının dilinin uzunluğu 10 santimetrə bərabərdir. Qamburqa Enika İrmler sakini  qadınlar arasında dünyada ən uzun dilinə sahibdir.

Sultan Koson adlı şəxs ən uzun əlin sahibidir. Bu ecord “Ginnesin rekordlar  kitabın”a daxil olub. Türk basketbolçunun əlləri beynində aparılan əməliyyatdan sonra uzanmağa başlayıb. Əməliyyat zamanı boyun uzanmasına cavab verən hipofiz zədə aldığı üçün nəticə belə olub. Onun  əllərinin uzunluğu 27,5 santimetr, 26 yaşında isə Sultanın əllərinin uzunluğu 2,46 metrə bərabər olub.

İngiltərəli Mendes Allers dünyanın ən böyük ayağına sahibdir. Ən maraqlı tərəfi odur ki, onun ayaqları durmadan böyüyür və hər il rekord təzələnir. Onun pəncəsinin uzunluğu 40 santimetr, baldırının gövdəsi 90 santimetrdir. Sağ ayağı sol ayağından 13 santimetr qısadır və pəncəsi 180 dərəcə çönmüş formadadır. Uzaqdan qadına baxsaq onun ayaqları bədənin digər hissələrindən böyükdür. Bu qadının təkcə ayaqlarının çəkisi 95 kiloqramdır. Bu gün Mendes Allersin ayaqları dünyanın ən böyük ayağı hesab olunur.

Adi insanların boynunda 7 fəqərə sümüyü var, lakin Fu Gendju adlı şəxsdə bu fəqərələrin sayı 10-a bərabərdir. Bu deffektə görə, o, dünyanın ən uzun boğazı olan adam hesab olunur. Fu Fendju 6  yaşı olanda onda skolioz xəstəliyi aşkar olunub. Artıq fəqərə sümüyü Fuya gəzməkdə çətinlik törədir. Buna görə də xüsusi əməliyyat ilə artıq fəqərə sümükləri çıxarılacaq.

Könül Cavid, “İki sahil”