09 dekabr 2019 20:10
826

Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir

Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya üzrə Agentliyi, Qaçqınların işləri üzrə BMT-nin Ali Komissarlığı və Qaçqınların işləri üzrə BMT Agentliyi Almatı prosesinə təşkilati, maddi-texniki və ekspert dəstəyi göstərir.

Tədbirdə Tacikistandan başqa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və digər ölkələrin nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının ekspertləri iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan, Tacikistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistan “Almatı prosesi”nin üzvləridir. İran və Pakistan “Almatı prosesi”nə müşahidəçi kimi qatılır.

İclasda dünyada və MDB məkanında miqrasiya axını ilə bağlı məsələlər müzakirə olunur.